Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:45
-
Bu barədə məlumatı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər iclasında bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin göstərişi ilə ilkin mərhələdə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə 3 milyon manat vəsait ayrılıb. E.Vəliyev qeyd edib ki, hazırda mütəxəssislər yeni binanın tikintisi üçün yer seçimi aparırlar.

İcra Hakimiyyəti başçısı yeni teatr binasının əvvəlkinin yerində - Mirzə Abbas Abbaszadə küçəsində tikiləcəyini də istisna etməyib.

Qeyd edək ki, prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı bir sıra mədəniyyət ocaqlarının açılışında iştirak edib və daha bir mədəniyyət ocağının - Dövlət Dram Teatrının tikintisi üçün göstəriş verib.
XS
SM
MD
LG