Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Moskvadakı 263 saylı məktəbdəki olayla bağlı ittiham irəli sürülüb


 263 saylı məktəb

263 saylı məktəb

-
Moskvadakı 263 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı İstintaq Komitəsi ittiham irəli sürüb.

İstintaq Komitəsinin məlumatına görə, ittiham qətl, adam öldürməyə cəhd və girov götürmə ilə bağlıdır.

Hadisəni törədən yeniyetmə haqqında psixi ekspertiza təyin olunub.

Fevralın 3-də Moskvadakı 263 saylı məktəbdə yuxarı sinif şagirdlərindən biri müəllimi və polisi güllələmişdi. Onun açdığı atəş nəticəsində bir polis ölüb, digəri yaralanmışdı. Yeniyetmə coğrafiya müəllimi Andrey Kirillovu güllələmişdi, 10-cu sinif şagirdlərini girov götürmüşdü.

Bundan sonra o məktəbə gələn atasının köməyi ilə zərərsizləşdirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG