Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50
-
“ASAN xidmət”in elektron xidmət spektri genişləndirilib. Dövlət başçısı 5 sentyabr 2012-ci il tarixli fərmana dəyişiklik barədə fərman imzalayıb.

Bundan sonra inzibati cəza barədə məhkəmə qərarı elektron şəkildə göndəriləcək. Cərimələri poçt və ya banka getmədən ödəmək mümkün olacaq. Bu, əsasən yol hərəkəti qaydalarını pozanlara şamil ediləcək.

Yanacaqdoldurma məntəqələri, avtodayanacaq, ticarət mərkəzləri və s.-də ödəniş terminalları qoyulacaq. Mobil telefonla ödəniş də nəzərdə tutulub.

Agentlik bundan sonra fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar da verə biləcək.

Fərmana əsasən “ASAN xidmət” mərkəzləri yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri də göstərəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG