Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:59

AB-nin komissarı Ukrayna müxalifəti liderləri ilə görüşüb


-
Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişləndirmə üzrə komissarı Stefan Fuele Kiyevdə Ukrayna müxalifəti liderləri ilə görüşüb.

Onun səfərinin əsas məqsədi Ukraynadakı siyasi böhranın həllinə kömək etməkdir.

Müxalifət liderlərindən biri Vitali Klitschko bundan əvvəl bildirib ki, növbədənkənar parlament seçkilərinin tarixi bilinməyənə qədər prezident Viktor Yanukovych ilə dialoqdan imtina olunacaq.

Son aylar minlərlə adam Ukraynanın müxtəlif şəhərlərində etiraz aksiyası keçirir. Onlar hökumətin Avropa Birliyinindən uzaqlaşmaq xəttinə etiraz edir. Bu müddətdə dəfələrlə nümayişçilərə qarşı xüsusi təyinatlılar zorakılıq göstərib. Etirazçılar da öz növbəsində növbədənkənar parlament seçkilərinin keçirilməsini, prezidentin və hökumətin istefasını tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG