Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

ABŞ və Fransa prezidentləri Suriya böhranından, İranın nüvə proqramından danışıblar


-
ABŞ prezidenti Barack Obama ilə Fransa prezidenti Fransua Hollande arasında danışıqların əsas mövzusu Suriya böhranı, İranın nüvə proqramı ətrafında danışıqlar, ABŞ-Fransa arasında münasibətlər olub.

Görüşdən sonra ABŞ və Fransa prezidentləri Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.

Hər iki ölkə lideri İrana qarşı mövcud sanksiyaların qüvvədə olduğunu bildirib. Deyiblər ki, qadağaları pozanlar cəzalandırılacaq.

Suriya münaqişəsi haqqında danışarkən Barack Obama deyib ki, Suriyanın kimyəvi silahların məhv edilməsi ilə bağlı üstünə götürdüyü öhdəliklərin icrasına görə məsuliyyət Rusiya üzərindədir.

Obama deyib ki, hələlik Suriyadan planlaşdırıldığından daha az kimyəvi silah daşınıb.
XS
SM
MD
LG