Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:56

Maşın satışı bir əldə cəmlənir


maşın
maşın
-
“Azadlıq” qəzeti yazır ki, Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib.

Qəzet yazır ki, “avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40 faiz maksimum 80 faiz olacaq. İlkin ödənişin məbləği avtomobilin təzə və ya köhnə olamasından asılı olacaq. Avtomobilin istehsal tarixindən satış gününə qədər bir il keçibsə, o köhnə hesab olunacaq. Təzə avtomobillərdə ilkin ödəniş 40-50 faiz arasında dəyişəcək. Bu avtomobilin qiymətindən asılı olacaq. Qiyməti 30 min manata qədər avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40 faiz təşkil edəcək. Köhnə, yəni istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80 faiz olmalıdır.

İRANDA BƏZİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ AZƏRBAYCAN DİLİ TƏDRİS OLUNUR

APA agentliyi bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinə istinadən bildirir.

Səfirin sözlərinə görə, prezident Həsən Ruhaninin siyasəti də ondan ibarətdir ki, etnik xalqların mədəniyyəti inkişaf etsin: “Biz gələcəkdə İranın etnik xalqlarının, o cümlədən azərbaycanlıların da İranın dövlət quruculuğunda iştirakının şahidi olacağıq”.

ÖTƏN İL 98 QADIN İNTİHAR EDİB

“Bizim Yol” qəzeti yazır ki, Azərbaycanda məişət zorakılığı artır, hökumət qurumları statistika aparmaqla kifayətlənir.

arxiv foto
arxiv foto
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qəzetə bildirib ki, bu gün ölkədə, xüsusilə regionlarda məişət zorakılıqlarının sayı artıb. Qadınlar qorunmasız duruma düşüb:

“2013-cü ildə 98 qadın intihar edib, 33 nəfər insestə əl atıb, evdə öldürülən qadınların sayı 83 nəfər olub. Qadınlardan 53 nəfəri özünə qəsd, 8 nəfər uşaq anaları ilə birgə öldürülüb. 112 kişi intihar, 28 kişi isə intihara cəhd edib. Təşkilata ərizə ilə müraciət edən qadınların sayı 720 nəfər olub, ötən ilin oktyabr ayına qədər 3 820 şikayət daxil olub”.

Qəzet yazır ki, 2010-cu ildə “Məişət Zorakılığı haqqında” qanun qəbul olunub, bir müddət sonra isə qanunun işlənmə mexanizmləri hazırlanıb. Ancaq indiyə qədər yeni qanunla əlaqədar Cinayət Prosessual Məcəlləsində vacib dəyişikliklər həyata keçirilməyib.

AZƏRBAYCANIN MİLLİ ATLASI 800 XƏRİTƏNİ ƏHATƏ EDİR

Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək və 19 bölmədən ibarətdir. Trend agentliyinin xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Qərib Məmmədov deyib ki, bu atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, torpaq, bitki örtüyü, heyvanat aləmi, ekoloji vəziyyət, tariximiz, sənaye, mədəniyyət, təhsil, səhiyyə sahələrini əhatə edən böyük unikal xəritələr toplusundan ibarətdir.

BİR QƏTLİN 5 İL AÇILMAYAN SİRRİ

“Yeni Müsavat” qəzetinin müxbiri 5 il əvvəl qətlə yetirilmiş general-leytenan Rail Rzayevin dəfn olunduğu II Fəxri Xiyabanda olub.

Rail Rzayev
Rail Rzayev
“R.Rzayevin qəbirüstü heykəli önündə general-leytenantın öldürüldüyü günə qədər rəhbərlik etdiyi Müdafiə Nazirliyi Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının mundirində olan zabit və mülki geyimli şəxs vardı. Molla duasını bitirənə qədər bəndənizi tərs-tərs təpədən-dırnağa qədər nəzərdən keçirən zabitə “Allah rəhmət eləsin” deyib başsağlığı verirəm. Ardınca “mətbuatdanam” kəlməsini söyləyib yaxınlarının istintaqla bağlı fikirlərini soruşuram.

Cavabları qısa olur:

- Yazacaqsız nə dəyişəcək ki?!

- Hər halda, sizin susqunluğunuzla da nəsə dəyişmir...

- Əsas adamın özü idi. Onu da öldürdülər.

- Bu gün 5 ildir ki....

- 5 il 10 il, 10 il də 15 il olacaq... Heç nə də dəyişən deyil.

- Bəlkə yeni müdafiə nazirinə bir müraciət edəsiniz.

- Adam yoxdur. Müraciət nəyi dəyişəcək?

- Hər halda, müdafiə nazirinin müavini idi. İstintaq 5 ildə nəsə ortaya qoymalı idi.

- Qoysaydılar qoyardılar. Bizim heç kimə inamımız yoxdur.

Zabit sonrakı suallarıma cavab vermək istəmir. Əlini R.Rzayevin heykəlinə söykəyib “adam yoxdur, əsas özü idi, özü də yoxdur” sözlərini dönə-dönə təkrarlayır”.

AZƏRBAYCAN DAVAMLI OLARAQ SOSİAL İSLAHATLAR HƏYATA KEÇİRİLİR

Bunu “Yeni Azərbaycan” qəzetinə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli deyib.

Hadı Rəcəbli deyib ki, “Dövlət sosial müavinətləri haqqında” Qanuna əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə sosial müavinət veriləcək. “Demoqrafik üstünlüyümüzü davam etdirməkdən ötrü bu siyasətdə də dövlət dəstəyinin artırılması qarşıya məqsəd qoyulub və hökumət tərəfindən çoxuşaqlı ailələrə dövlət yardımı konsepsiyası işlənib hazırlanıb. Yaxın vaxtlarda Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunacaq. Bu, Azərbaycan vətəndaşlarının rifahının bütün bölgələrdə yaxşılaşmasına gətirib çıxaracaq. Eləcə də, ölkəmizdə icbari tibbi sığortanın tətbiq olunması da gündəlikdə olan məsələdir. Bundan əlavə, bütün sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması prosesi də gedir”.

ARDNŞ-NIN Aİ- 95 MARKALI BENZİNİN İSTEHSALINDAN İMTİNASININ SİRRİ NƏDİR?

Turan agentliyi yazır ki, “Qaradağda yeni neft emalı zavodu 2023-2025-ci ildən tez hazır olmayacaq, benzinə tələbat isə 10-11% artır. ARDNŞ daxili bazarda sabitliyi qorumaq üçün bu addımı atdı”.

Daxili bazarda Ai-95 benzinin payı 10%-ə yaxındır. Ona görə ARDNŞ-də hesab ediblər ki, bütün resurslarını azoktanlı benzin istehsalına yönəltsinlər, Ai-95 və Ai-98 idxal edilsin. Beləliklə, liberal neft emalı bazarı yaradılacaq.

Ən başlıcası idxal edilən Ai-95 bazarda 0,8 yox, 1 manat, bəlkə daha baha olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG