Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:16
“Cənab prezident! Etimad göstərdiyiniz məmurlar xalqın səbr kasasını daşırırlar. O qədər haqsızlıqlarla rastlaşırıq ki, məcbur olub Sizə müraciət edirik. Ətraf kəndlərin inkişafı ilə bağlı nə qədər sərəncamlar imzalasanız da, ortada heç nə yoxdur”.

Zabrat sakinləri prezident İlham Əliyevə ünvanladıqları müraciətin bir nüsxəsini də AzadlıqRadiosunun “Qaynar xətt”inə yollayıblar. Onlar ölkə rəhbərindən rahat yol və su istəyirlər.

Qəsəbə sakini Qalib Bağırov danışır ki, Zabratda su və kanalizasiya xətləri çəkilməsi üçün yollar qazılıb, işlər yarımçıq saxlanılıb, indi əziyyətini sakinlər çəkir:

“Hətta qazdıqları quyuya düşənlər də olur. Son 20 gündə Zabratda su çəkmək adı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qazdığı quyuya insan yox, çamış da düşsə, çıxartmaq olmaz. Quyular qazılıb, qazanlar və qazdıranlar yoxa çıxıb. Söz deyiləsi adam yoxdur ki, heç olmasa gəlib quyuları doldursunlar”.

QUYU QAZIB QAÇIRLAR...

Qalib Bağırovun sözlərinə görə, 3 il əvvəl asfalt döşənmiş yolları su xətlərinə görə qazıb töküblər. Ancaq nə xətlər çəkilmir, nə də qazdıqlarını gəlib düzəltmirlər:

“Fəhlələr bir-iki gün işləyirlər, sonra başqa kənddə iş çıxır, burdakı işləri yarımçıq saxlayıb gedirlər ora. Burdan yol çəkirlər, o tərəfdən iritonajlı maşınları yola buraxırlar. Maştağa yolu 2 ildir çəkilib, gəlib görün necə bərbad vəziyyətdədir. Su xətlərinə görə qazırlar, sonra keyfiyyətsiz asfaltlayırlar, çökəklər əmələ gəlir. 3 saylı Sabunçu xəstəxanasına gedən yol, Ramana yolu, Balaxanıya dönən yol – hamısı bərbad vəziyyətdə, çökəklikdir”.

Qalib Bağırov Zabrat sakinlərinin nəqliyyat problemi yaşamalarından da danışır.

Sabunşu rayon İcra Hakimiyyəti isə bildirir ki, Zabrat sakinlərinin bu problemləri müvəqqətidir. Qəsəbədə kanalizasiya və su xətslərinin çəkilişi yaxın vaxtlarda başa çata, yollar da əsaslı asfaltlanacaq.

"Azərsu" əməkdaşları Zabratda

"Azərsu" əməkdaşları Zabratda

"AZƏRSU" ƏRAZİYƏ BAXIŞ KEÇİRDİ

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qaynar xətt”ə barəsində danışılan əraziyə baş çəkdiklərini deyib:

“Əraziyə şikayətçi Qalib Bağırovun iştirakı ilə baxış keçirdik. Zabrat qəsəbəsinin “Kərpiczavod” adlanan ərazisində “Azərsu” ASC-nin sifarişi əsasında qazılmış asfalt örtüyü bərpa olunub. Yalnız bir ünvanda yolu perpendikulyar keçən yerdə bu həftə qazılmış hissəyə asfalt vurulmayıb. Amma həmin əraziyə karbonat verilib və yer quruyan kimi asfalt örtüyü bərpa ediləcək. Yaşayış massivinin dalanlarında olan yol probleminin isə su çəkilişinə heç bir aidiyyəti yoxdur. Həmin dalanlarda əvvəlcədən torpaq yollar olub və yağıntı ilə əlaqədar orada problemlər yaranıb. Bunu Qalib Bağırov da bizimlə söhbətində etiraf etdi”.
Anar Cəbrayıllı bildirib ki, həmin ərazidə “Azərsu” tərəfindən 22 km-dən artıq su xətti çəkilib və 900-dən çox ünvana sayğac quraşdırılıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG