Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:13

Bakıda söküntülər davam edir


Bakının Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanaları sökülür.

Orada məcburi köçkünlər məskunlaşıblar. Həmin ərazidə ümumilikdə 6 bina sökülür.
Doqquzmərtəbəli binada yaşayan sakinlər isə Masazır qəsəbəsində yeni inşa olunmuş yaşayış evləri ilə təmin olunublar.Amma 15-ə yaxın ailə təklif edilən evlərdən narazı qalıb və evlərindən çıxmaqdan imtina edirlər.

Hazırda şəhərin Heydər Əliyev prospektində 3 və 4 mərtəbəli binaların söküntüsü davam etdirilir.Söküntü 2015-ci ildə Bakıda keçiriləcək "I Avropa Oyunları" ilə əlaqədardır.Sakinlər isə şəhərin müxtəlif yerlərində mənzilllərlə təmin olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG