Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22

Sərgiyə 20 Yanvara həsr olunmuş rəsm əsərləri bağışlandı


9 rəsm əsəri Muzeyə hədiyyə olunub

9 rəsm əsəri Muzeyə hədiyyə olunub

-
Milli Azərbaycan Tarixi Muzeyində yanvarın 16-dan açılan «20 yanvar--hüzn və qürur günümüz» sərgisi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Muzeyin yaydığı xəbərə görə, artıq neçə-neçə vətəndaş qanlı yanvar hadisələri ilə bağlı yeni tarixi materialları muzeyə təqdim edib.

Bu günlərdə rəssam, heykəltəraş Vahid Məmmədovun çəkdiyi 9 rəsm əsəri Muzeyə hədiyyə olunub.

Yağlı boya ilə çəkilmiş rəsmlərdə 20 Yanvar şəhidlərinin portretləri, qanlı gecədə baş verənlər, şəhidlərin dəfn mərasimi əks olunub.

Hədiyyə olunan rəsmlər artıq ekspozisiyada nümayiş etdirilir.

Sərgidə 20 Yanvar şəhidlərinə məxsus şəxsi əşyalar, fotoşəkillər, sənədlər, qəzetlər, eləcə də «20 yanvar gecəsi» və «Müstəqilliyimiz əbədidir və dönməzdir» installyasiyaları nümayiş olunur.
Bakı küçələrindən yığılmış güllə gilizləri

Bakı küçələrindən yığılmış güllə gilizləri


Muzey bildirir ki, bundan əvvəl 20 Yanvar şəhidi Səxavət Məmmədova məxsus əşyalar onun həyat yoldaşı Şəhla xanım tərəfindən muzeyə bağışlanmışdı.

Səxavət Məmmədovun komsomol bileti, sürücülük vəsiqəsi, yazı kitabçası (əlyazması), altı fotoşəkil, eləcə də, qanlı yanvar günlərində Bakı küçələrindən yığılmış güllə gilizləri Azərbaycan tarixinin hüznlü və şərəfli səhifələrini işıqlandıran eksponatlar kimi Muzeydə qorunacaq.

Sərgi martın 1-dək davam edəcək.

Baxış pulsuzdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG