Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:43

Vəkil Anar Məmmədlinin soyuq kamerada saxlandığını deyir


Anar Məmmədli
Anar Məmmədli
Anar Məmmədli soyuq kamerada saxlanılır və buna görə də xəstələnib.

Bunu Turan agentliyinə vəkil Rəşid Hacılı deyib.O ötən həftənin sonunda Bakı istintaq təcridxanasında Anar Məmmədliyə baş çəkib.Vəkil deyir ki, həbsdən sonra işlə bağlı heç bir istintaq hərəkəti aparılmır və istintaqın gedişi barədə vəkillərə məlumat verilmir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ötən il dekabrın 16-da həbs edilib.O, qanunsuz sahibkarlıq fəaliyyəti və vergidən yayınmaqda ittiham olunur.

Anar Məmmədli ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.Amnesty International təşkilatı onu vicdan məhbusu elan edib.
XS
SM
MD
LG