Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

UGRAD proqramına ərizə qəbulu başladı.


-
Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlanıb.

Bu proqram ali təhsil ocaqlarının birinci, ikinci, üçüncü kursda oxuyan tələbələrinə Amerika Birləşmiş Ştatları universitetlərinin və kolleclərinin birində bir semestr dərəcəsiz təhsil almaq imkanı yaradır. Proqramda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan olan tələbələr iştirak edə bilər.

İştirakçılar açıq müsabiqə yolu ilə seçilir.
Proqram daxilində vizanın alınması (J1), yaşadığınız şəhərdən ABŞ-da təhsil alacağınız universitetə və geriyə yol xərcləri, tibbi və bədbəxt hadisələrdən sığorta, aylıq təqaüd və təhsil xərcləri, gözlənilməz kiçik xərclər, ABŞ-da yaşayış, dərs ədəbiyyatının alınması üçün məhdud vəsait, məzunlar arasında əməkdaşlıq və treyninq təşkil etmə imkanları təmin edilir.

Son ərizə qəbulu fevralın 28-dəkdir.

UGRAD ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və onu Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) idarə edir.
XS
SM
MD
LG