Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:47

«Azneft»in İmişlidəki müəssisəsi mazut gölünü gizlədir...


Azerbaijan -- fire on oil lake in Baku, 25Jul2012

Azerbaijan -- fire on oil lake in Baku, 25Jul2012

-
“Əməkdaşlıq təklifi etdiyimiz müraciətə Muradxanlı İriləşdirilmiş Neft Mədəninin rəisi cənab Dünyamalı Əliyevdən analoqu olmayan bir cavab almışıq. O, müəssisələrində qarşıya çıxan hər hansı problemin həlli üçün Dövlət Neft Şirkətinin təcrübəli mütəxəssislərə və maliyyə imkanlarına malik olduğunu qeyd edərək, hər hansı başqa təşkilatla əməkdaşlıq etməyə ehtiyac duymadıqlarını bildirib”.

MƏDƏN RƏİSİ “MİLLİ FƏALİYYƏT PLANI”NDAN XƏBƏRSİZDİR?!

Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) əlaqələndiricisi Esmira Əsədullayeva Dövlət Neft Şirkətinin yaratdığı “Azneft” İstehsalat Birliyinin tabeliyində olan müəssisə ilə əməkdaşlığa göstərdikləri təşəbbüsə bu sayaq yanaşmadan təəccübləndiklərini bildirir:

Vətəndaş Nəzarəti Şəbəkəsi üzvləri monitorinq apararkən

Vətəndaş Nəzarəti Şəbəkəsi üzvləri monitorinq apararkən

“Şəffaflğın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə qabaqcıl təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Bununla bağlı 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib.

Plana daxil edilmiş “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi sahəsində” tədbirlər sırasında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və ictimaiyyətin iştirakının təmin edilməsi də xüsusi yer alıb. Muradxanlı İriləşdirilmiş Neft Mədəni rəhbərinin bu prinsiplərə əməl etməməsi ya məlumatsızlqdan irəli gəlir, ya da məsuliyyətsizlikdən”.

İMİŞLİDƏ NEFT TƏSİRLƏRİNİ ÖYRƏNƏN İŞÇİ QRUPU YARADILIB

Esmira Əsədullayevanın sözlərinə görə, “Mədən sənayesinin təsirlərinə məruz qalan İmişli rayonunda vətəndaş nəzarəti mexanizmlərinin yaradılması” layihəsi ABŞ səfirliyinin Demokratiyaya Yardım Proqramının xətti ilə 2013-cü ilin oktyabr ayından həyata keçirilir:

Ağamalılar kəndində neft quyusu

Ağamalılar kəndində neft quyusu

“Layihə çərçivəsində İmişlinin ictimai fəallardan ibarət bir qrup şəxsinə təlim keçirilib, yerli şəbəkənin işçi qrupu yaradılıb, ekspertlər təyin edilib. Qrup üzvləri İmişli rayonunda neft hasilatından dolayı təsirlərə daha çox məruz qalan Məmmədli və Ağamalılar kəndlərinə mütəmadi səfərlər edir, icma üzvləri ilə görüşür. Muradxanlı İriləşdirilmiş Neft Mədəni ilə əməkdaşlıq, ərazidə neft hasilatının üzərində vətəndaş nəzarətinə nail olmaq, mövcud problemləri birgə aradan qaldırmaq və bundan sonrakı təsirlərin azalmasına nail olmaq məqsədi daşıyır”.

MƏDƏN RƏİSİ ŞƏBƏKƏ ÜZVLƏRİNƏ XƏBƏRDARLIQ EDİB

Muradxanlı İriləşdirilmiş Neft Mədənindən VNŞ-yə bildirilib ki, müəssisə ətraf mühitin mühafizəsi üzrə tədbirləri beynəlxalq standartlara uyğun olaraq icra edir. Məktubda həmçinin qeyd olunur ki, VNŞ-nin işçi qrupu üzvləri müəssisənin daxili nizam-intizam qaydalarına məhəl qoymadan ərazidə şəkil çəkməyə cəhd göstəriblər:

“Lakin müəssisənin mühafizə dəstəsinin mühafizəçiləri tərəfindən qrupun üzvləri saxlanılmış, onları müəsisənin daxili nizam-intizam qaydaları ilə tanış etdikdən sonra əraziyə bir daha daxil olmamaları haqqında tövsiyələr verilmişdir”.

Mədən rəisi Dünyamalı Əliyev VNŞ-nin təkrar müraciətinə də eyni məzmunlu cavab verdiklərini deyir:

“Həmin məktubu yollamışıq, onu yəqin ki, yaxın günlərdə alacaqlar. Elə əvvəlki cavabı vermişik. Biz də, başqa şirkətlər kimi, VNŞ ilə əməkdaşlıq etmək istərdik. Amma bunun üçün imkan lazımdır. “İmkan” deyəndə maliyyə nəzərdə tutulur. Bilirik ki, onlar qarşımıza yolların təmirini, digər məsələləri qoyacaqlar, müəssisənin isə bu işləri görməyə vəsaiti yoxdur”.

“ŞİRKƏT YARATDIĞI MAZUT GÖLÜNÜ GENİŞ İCTİMAİYYƏTDƏN GİZLƏTMƏK İSTƏYİR”

VNŞ-nin İmişlidəki işçi qrupunun rəhbəri Kənan Şahpələngov həqiqətən saxlanıldıqlarını təsdiqləsə də, bu hərəkətin qanunsuz olduğunu deyir:

Ağamalılar kəndinə gedən yol

Ağamalılar kəndinə gedən yol

“Dekabrın 18-də işçi qrupunun üzvü olan 4 nəfər İmişli-Məmmədli avtomobil yolunun Məmmədli kəndindən keçən hissəsində yol kənarında dayanaraq, neft hasilatı nəticəsində yaranan, 10 hektara yaxın ərazini əhatə edən gölə baxış keçirdik. Fotoaparatla şəkil çəkdik. Bu zaman şirkətin mühafizəçiləri bizi saxladılar. Bu, tamamilə qanunsuz hərəkət idi.

Əvvala, şirkətin daxili intizam qaydaları onun işçilərinə aiddir, bizə yox. İkincisi, hər hansı bir çayın, gölün, dağın, təpənin şəklini çəkmək nə vaxtdan qanunsuz hərəkət olub? Onsuz da həmin gölü o yoldan keçən hər kəs görür, şəkli elə avtomobilin içərisindən də çəkmək olar. Bir də axı bizim dayandığımız, şəkil çəkdiyimiz və sonda saxlanıldığımız yer- yol kənarı şirkətin ərazisi hesab olunmur. Fotoaratın yaddaşındakı kadrların pozulmağı, bir daha həmin yerin şəklini çəkməməklə bağlı tələb şirkətin bu mazut gölünü geniş ictimaiyyətdən gizlətmək cəhdidir. Çünki buradan ətraf mühitə zərərli təsir var”.

DÖVLƏT NEFT ŞİRKƏTİNDƏN DƏ CAVAB YOXDUR

VNŞ təmsilçisi bildirir ki, Açıq Hökumətin Tərəfdaşlığı Bəyənnaməsində hökumətlərin milli prioritetlərə, vətəndaşların həyat şəraitinə və istəklərinə uyğun yanaşması qəbul edilir:

“Amma bütün fərqli yanaşmalarda dörd prinsip gözlənilməlidir: şəffaflıq, vətəndaş iştirakı, hesabatlılıq, texnologiya və innovasiya. Lakin qeyd olunan prinsiplərə hasilat şirkətlərinin fərqli yanaşması ola bilməz. Elə isə hökumət nəyə öhdəlik götürüb?”
VNŞ-dən o da bildirilir ki, Muradxanlı İriləşdirilmiş Neft Mədəninin əməkdaşlıqdan imtina etməsi ilə bağlı Dövlət Neft Şirkətinə də məlumat verilib, lakin məsələyə sonuncudan hər hansı reaksiya verilməyib.

ŞƏBƏKƏNİN YARANMAĞINDAN 7 İL ÖTÜR

Esmira Əsədullayevanın sözlərinə görə, VNŞ BTC/ CQ boru kəmərlərinin tikintisinin monitorinqində iştirak etmiş ekspertlərdən təşkil olunub. Onun təsisçiləri dövlət qeydiyyatı olan 6 ictimai birlikdir: “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, “Ekorenesans” , “Davamlı İnkişaf”, “Arzu Maarifçilik və Xeyriyyəçilik” və “Demokratiyaya Yardım”.

Şərhləri göstər

XS
SM
MD
LG