Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41
-
Fevralın 10-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

İclasda “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə, qanunun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edib.

Qeyd edilən maddələrə əsasən TV kanallara istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır.

Reklamın və teleticarətin ümumi həcmi gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 20%, ayrılıqda reklamın ümumi həcmi isə gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 15%-dən çox ola bilməz.

Yayım zamanı teleticarət üçün ayrılmış blokun fasiləsiz həcmi 10 dəqiqədən, gün ərzində belə blokların sayı 6-dan çox ola bilməz.
XS
SM
MD
LG