Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50
-
Bu gündən Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu başlayır.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytı məlumat yayıb. Magistratura və rezidenturaya ərizə qəbulu 11-20 fevralda aparılacaq.

Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələsindən keçən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar. İkinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar.

Magistraturaya qəbul imtahanının birinci mərhələsi 2 mart, ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may-1 iyun-da keçiriləcək.

Rezidenturaya qəbul test üsulu ilə keçiriləcək. Ancaq bu ildən rezidenturaya qəbul imtahanının birinci mərhələsi martın sonunda, ikinci mərhələsi iyulun sonunda keçiriləcək. Bu vaxta kimi isə rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi sentyabr ayında ardıcıl şəkildə iki gün ərzində keçirilib. İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahanın birinci mərhələsindən keçən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi martın 30-da, 2-ci mərhələsi iyulun 27-də, rezidenturaya ixtisaslaşma seçimi iyulun 29-31-də aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG