Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:34

İlham Əliyev məxfi sənədlərlə iş qaydalarına dəyişiklik haqda fərman verib


-
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında fərman verib.

İndiyə qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məxfi sənədlərlə iş qaydaları xüsusi Əsasnamə ilə müəyyən olunub.

Dəyişikliyə əsasən bundan sonra Prezident Administrasiyasında məxfi sənədlərlə iş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.

Administrasiyanın struktur bölməsinin işçisi iş vaxtı bitdikdən sonra iş otağını tərk edərkən istifadəsində olan kompüteri söndürməklə yanaşı, onu elektrik şəbəkəsindən və internet şəbəkəsini kompüterlə birləşdirən xətti kompüterdən ayırmalıdır. Bu, kompüterdə olan xidməti məlumatların yayılmasının qarşısını almaq məqsədi güdür.

Administrasiyanın struktur bölməsinin işçisi bu tələbə əməl etməzsə məsuliyyət daşıyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG