Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:52

İran öz istehsalı olan iki raketini uğurla sınaqdan keçirib


Foto (Arxiv)
Foto (Arxiv)
Briqada generalı Hossein Dehqan deyib ki, onlardan biri uzaqmənzilli, habelə radardan yayınan ballistik tipli raket olub.

İranın dövlət televizya kanalları bildiriblər ki, lazerlə tuşlanan “Bina” uzaqmənzilli raketləri göy-yer, yer-yer tipinə aiddir.

Xəbər verilir ki, İran bundan əvvəl də “Şahab” tipli raketlərə malik idi. Bu raketlərin zərbə dairəsi Yaxın Şərqdəki bir sıra ABŞ bazalarını əhatə edir.

İran prezidenti Hassan Rouhani həmvətənlərini raketlərin yeni nəslinin yaradılması münasibətilə təbrik edib.

Bir sıra ekspertlər bildirirlər ki, Atlantik okeanına döyüş gəmilərinin göndərilməsindən sonra, həyata keçirilmiş raket sınaqları İran hakimiyyətinin daxilindəki çəkişmələrlə bağlı ola bilıər.

ABŞ konqresindəki bəzi dairələr İranın ballistik raket silahlarının nüvə danışıqları çərçivəsinə daxil edilməsini istəyir.
XS
SM
MD
LG