Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:59

Yəmən Federativ dövlət olacaq


Yəmən 6 subyektdən ibarəd Federativ Respublika olacaq.Bunu bazar ertəsi prezident Abed Rabbo Mansour Hadinin rəhbərlik etdiyi xüsusi komisiya elan edib.

Yeni nizamnaməyə əsasən ölkənin cənubunda 2, şimalında isə 4 əyalət olacaq.Paytaxt Sana isə bu regionların heç birinə aid olmayacaq.Qərar hökumətlə bütün əyalətlərin nümayəndələri arasında aparılan 2 həftəlik danışıqlardan sonra qəbul edilib.

Dəyişiklik konstitusiyaya salınacaq, konstitusiya isə ümummilli referenduma çıxarılacaq.

Uzun illərdi ki, ölkənin cənubu ilə şimalı arasında daxili münaqişə yaşanır.Cənubdan olan siyasətçilər ölkənin şimal və cənubundan ibarət federasiya yaradılmasını təkid edirdi.
XS
SM
MD
LG