Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:23

İran prezidenti yəhudi xəstəxanasına 400 min dollar bağışlayır


Doktor Sapir xəstəxanası və Xeyriyyə Mərkəzi Tehranın mərkəzində Xomeyni küçəsində, Şiə Mədrəsəsi ilə üzbəüz yerləşir.

Gözlə

No media source currently available

0:00 0:02:38 0:00
Direct-ə keçid



Mərkəzin rəhbəri Ciamak Morsadegh ölkəni tərk edən bir çox yəhudilərdə fərqli olaraq Irandan getmək fikrində olmayıb, hətta öz həyat yoldaşı da onu qoyub ABŞ-a mühacirət edəndə belə.

Xəstəxanada hazırda cəmi 5 yəhudi həkim qalıb, digərləri, İrandakı başqa yəhudilər kimi, artıq çoxdan iqtisadi şərait və başqa səbəblər üzündən ölkəni tərk ediblər.
Doktor Morsadeghin iş otağının divarlarını İranın Ali Ruhani liderəri, həm də Musa peyğəmbərin rəsmləri bəzəyir.

Doktor Morsadegh Nyu-York Tayms qəzetinə deyir ki, ingiliscə danışıb, ibranicə dua etsə də, bir iranlı - fars kimi düşünür, odur ki, evini qoyub gedə bilmir.

Ötən həftə İran prezidenti Hassan Rouhani çoxlarının gözləmədiyi bir addım atıb, yəhudi mərkəzinə 400 min dollar ayırıb.


XƏSTƏXANANIN MÜSƏLMAN MÜŞTƏRİLƏRİ

Xəstəxananın müştərilərinin 96 faizi müsəlmanlardır. Xəstəxananı populyar edənsə digərləri ilə müqayisədə qiymətlərin yarıbayarı ucuz olmasıdır.

Hətta qarşıdakı mədrəsənin tələbələrindən Mohammad Mirghanin də deyir ki, onlar xəstələnəndə heç düşünmədən bura gəlirlər, çünki xəstəxananın yəhudi, ya hansısa baqa bir dinlə bağlılığı onları maraqlandırmır.

Başqa bir müştəri – çadralı Zahra Hajabdolmaleki isə deyir ki, başqa yerdə 500 min tümənə ediləni burda yarı qiymətı edirlər deyə, bura gəlir.

Xəstəxana 1921-ci ildə İrandakı yatalaq infeksiyasını sağaldarkən özü də dünyasını dəyişən yəhudi doktorun şərəfinə adlandırılıb. Bura 50 ildən çoxdur ki, Tehranın mərkəzində yəhudilər və müsəlmanların bir arada qaynayıb-qarışdığı azsaylı məkanlardan biridir.


İRANDAKI YƏHUDİ İCMASI

Xəstəxananın rəhbəri Doktor Morsadegh həm də Yəhudi İcmasının rəhbəridir, üstəlik məhz dini azlıqların nümayəndəsi kimi parlamentə də seçilib. Hətta ötən il yeni seçilə prezident Hassan Rohani ilə birgə ABŞ-a, BMT-nin Baş Assambleyasına da yollanıb.
Deyir ki, əvvəlki prezident Mahmud Ahmedinejatın zamanında yerli yəhudilər elə edə xoş gün gormürdürlər. Çünki, dünyada bütün yəhudilərin inandığı Holokostu belə Ahmedinejat uydurma adlandırırdı. Yeni prezident Rohhani isə heç olmasa bu haqda onların inancını bölüşməsə də, səssiz qalır və bu onları incitmir, bayramlarda da onlara təbrik mesajları yollayır.

Ciamak Morsadegh deyir ki, düzdür yenə də dinlərini yaymaqda azadlıqları yoxdur, amma ən azından bəhai və yevangelist xristianlar kimi həbs təhlükəsi ilə yaşamırlar.

İranda rəsmən 9 min, qeyri-rəsmi rəqəmlərə görə isə 20 minə yaxın yəhudi yaşayır. 2008-ci ildən İrandakı 5 dini azlığın – yəhudilər, xristian ermənilər, assuriyalılar, xaldiyalılar və zərdüştlərə parlamentdə hərəyə bir yer ayrılıb. Digər dinləri nümayəndələrinə isə hətta ali təhsil almaq da qadağandır və əqidələrinə görə təqib olunurlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG