Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:08

Avropa rəsmiləri Brüsseldə Ukraynadakı vəziyyəti müzakirə edirlər


Foto arxiv

Foto arxiv

“Avropa Birliyi Ukrayna hökuməti ilə müxalifət arasında dialoqa kömək etməyə hazırdır”.Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton Brüsseldə keçirilən görüş ərəfəsində bəyan edib.Onun sözlərinə görə Avropa Birliyi bu prosesə iqtisadi dəstək göstərməyə hazırdır və bununla bağlı bir çox ölkə və beynəlxalq təşkilatlarla danışıqlar aparır.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüsseldə Ukraynadakı vəziyyəti müzakirə edirlər.İsveçin xarici işlər naziri Karl Bildt bildirib ki, əgər ölkədə zorakılıqlar davam eləsə, bunun xoşakəlməz nəticələri ola bilər.

Nazirlər Brüssel görüşündə həmçinin “Şərq tərəfdaşlığı” proqramını da müzakirə edirlər.Bu proqramda məqsəd keçmiş Sovet respublikalarını Avropa Birliyinə yaxınlaşdırmaqdır.Artıq Gürcüstan və Moldova ilə asosasiya sazişi imzalanması nəzərdə tutulub.

Bu proqramda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna iştirak edirlər.Amma Ermənistan artıq Rusiyanın rəhbərlik etdiyi vahid gömrük ittifaqına qoşulacağını bəyan edib.Həmçinin Ukrayna hökumətinin ötən ilin noyabrında bu sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara və hökumətin istefasına səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG