Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

"Facebook"un yaradıcısı ən əliaçıq xeyriyyəçi seçilib


Facebookun yaradıcısı və rəhbəri Mark Zuckerberg və onun xanımı Priscilla Chan 2013-cü ildə ABŞ-ın ən əliaçıq xeyriyyəçisi seçilib.

Onlar Facebookun 18 milyon səhmini xeyriyyəyə veriblər, bu da 970 milyon dollar deməkdir.

“Chronicle of Philantropy” məcmuəsi ABŞ-ın 50 ən böyük xeyriyyəçisinin siyahısını dərc edib.

Bu 50 xeyriyyəçi bir ildə xeyriyyəyə 7,7 milyard dollar verib. Üstəlik onlar əlavə 2,9 milyard dollar da verəcəklərinə söz verirlər.

Microsoftun rəhbəri Bill Gates öz xanımı Melinda Gates ilə birlikdə xeyriyyəyə 181 milyon dollar verib.

Nike şirkətinin prezidenti Philip Knight və onun xanımı Penelope Knight Oregon Sağlamlıq və Elm Universiteti Fonduna xərçəng xəstəliyi araşdırmalarına 500 milyon dollar qrant verib.

Nyu Yorkun keçmiş meri Michael Bloomberg isə keçən il təhsilə, incəsənətə, səhiyyəyə və ətraf mühitin qorunmasına 452 milyon dollar verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG