Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Azad Rəhimov: «Fəxrlə deyə biləcəyik ki, Avropa Oyunlarını təşkil etmişik».


Azad Rəhimov

Azad Rəhimov

-
Azərbaycan gələn il ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bunu Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov Soçidə jurnalistlərə bildirib.

Azərbaycanın 2016 və 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün etdyi iki cəhd uğursuzluğa uğrayıb. “Bizim böyük problemimiz təcrübənin yoxluğu idi”, Azad Rəhimov jurnalistlərə deyib: “Bu, bizim üçün böhran anı idi, bizim heç bir böyük idman tədbiri keçirmək təcrübəmiz yox idi”.

Bakı iki dəfə Beynəlxalq Olimpiya Komitəsinin tərtib etdiyi namizədlərin qısa siyahısına düşə bilməyib.

“Amma oyunları keçirəndən sonra fəxrlə deyə biləcəyik ki, bir dəfə Avropa Oyunlarını təşkil etmişik”, Azad Rəhimov deyib.

Avropa Oyunları kiçik və eksperimental tədbirdir. Bu oyunlar çərçivəsində üzgüçülük, velosiped sürmək, 3x3 basketbol və çimərlik futbolu yarışmalarının keçirilməsi nəzərdə tutulub.

Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının rəhbəri Spyros Capralos deyib ki, bu, “tamamilə yeni bir” ideyadır: “Komitə bu yeni ideyanın necə yerinə yetiriləcəyinə baxacaq”.

Avropa Olimpiya Komitəsinin prezindenti Patrick Hickey deyib ki, bu tədbirdən sonra Azərbaycan yüksək səviyyəli istənilən yarışmanı təşkil etmək bacarığında olacaq.
XS
SM
MD
LG