Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:27

Ukrayna parlamentində konstitusiyaya düzəlişlərin müzakirəsi gözlənilir


Vitali Klitschko
Vitali Klitschko
Ukrayna parlamenti bu gün konstitusiyaya düzəliş edilməsi ilə bağlı qanun layihəsini müzakirə etməlidir.

Müxalifət 2004-cü ilin konstitusiyasına qayıtmağı, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edir.Amma parlamentdə çoxluq təşkil edən prezidentin tərəfdarları bunun əleyhinədir.
Müxalifət lideri Vitali Klitschko şənbə günü nümayişçilər qarşısında çıxış edərkən deyib ki, xalq vaxtındanəvvəl prezident seçkisi keçirilməısini tələb edir.

Ukraynanın təhlükəsialik xidməti isə bu arada ölkədə terror təhlükəsinin artdığını bəyan edib.Xidmət antiterror birləşmələrinin hazırlıq vəziyyətinə gətirildiyini bildirir.Təhlükəsizlik xidməti həmçinin xəbərdarlıq edib ki, hökumıət binalarının zəbt edilməsinə terrorçuluq kimi baxılacaq.

Ölkədə etirazlar hələ də davam edir.İndiyədək baş verən toqquşmalarda azı 3 fəal öldürülüb.Bundan başqa Kiyev ətrafından bir nəfərin cəsədi tapılıb.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.
XS
SM
MD
LG