Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Uşaq hüquqları üzrə QHT: “Hər il ölkədə 60-a yaxın uşaq intihar edir”


arxiv foto

arxiv foto

-
“Hər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir”.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov uşaq hüquqları ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı belə deyib.

O bildirib ki, ötən il intihar edən ən kiçik uşağın 9 yaşı olub. N.Seyidovun sözlərinə görə, intihara cəhdlə bağlı ölkədə doğru statistika yoxdur və toplanılmır. Onun fikrincə, əgər bununla bağlı daha düzgün statistika aparılsa, vəziyyətin daha acınacaqlı olduğu ortaya çıxar:

“Hər il depressiya, həyəcan və digər psixi pozuntulardan minlərlə uşaq və yeniyetmə əziyyət çəkir, o cümlədən minlərlə uşaq cinayət əməlləri, zorakılıq və məişət zorakılığının şahidi olur. Son 2 il ərzində 300-ə yaxın uşaq müxtəlif zorakılıq halları ilə üzləşib. Yalnız Bakı şəhəri üzrə son 2 il ərzində 40-a yaxın uşaq cinsi zorakılıq və istismara məruz qalıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG