Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45
-
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib.

Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Zamin Malik oğlu Məmmədovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun əsgər yoldaşı, 20 yaşlı Elnur Sahib oğlu Əhmədova dəyib. Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisəni törədən R. Məmmədov Quba, E. Əhmədov Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG