Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Müdafiə Nazirliyi: “Orduda silahla ehtiyatsız rəftar halları azalıb”


arxiv foto

arxiv foto

-
Müdafiə Nazirliyindən silahla ehtiyatsız rəftar nəticəsində xəsarət alan hərbçilər barədə açıqlama verilib.

Nazirlikdən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, son vaxtlar bu cür hadisələrin artması yox, əksinə olaraq azalması müşahidə edilir. Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən neqativ halların baş verməməsi üçün hərbi hissə və birləşmələrdə bütün qabaqlayıcı tədbirlər görülür:

“Təhlükəsizlik qaydalarının pozulması halları və baş verən hadisələr haqqında mətbuat xidməti mütəmadi olaraq məlumat verir. Son vaxtlar bu cür hadisələrin artması yox, tam fərqli olaraq azalması müşahidə edilir. Bunu da hərbi hissələrdə şəxsi heyətlə aparılan işlərin nəticəsi kimi dəyərləndirmək olar”.

Nazirlikdən bildiriblər ki, hər bir hadisə ilə bağlı cinayət işi başlanıb: “Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır”,- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG