Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:56

Azərbaycanda Kolumbiya Səfirliyi fəaliyyətə başlayıb


-
Azərbaycanda Kolumbiya Respublikasının Səfirliyi fəaliyyətə başlayıb.

Məlumatı Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, səfirliyin müvəqqəti işlər vəkili Аsаdа Jоze Qater Xarici İşlər Nazirliyində qəbul edilib.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda görüş çərçivəsində səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG