Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:32
Reuters agentliyi xəbər verir ki, Ukrayna prezidenti ölkədə səngimək bilməyən etiraz dalğası şəraitində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Soçi Olimpiadasının açılışı zamanı baş vermiş bu görüşün nəticələri barədə heç bir açıqlama verilməyib.

Bununla belə mətbuata sızan xəbərlərə görə, söhbət əsəbi axarda keçib.

Rusiya Avropa İttifaqından üz döndərməsi müqabilində Kiyevə vəd etdiyi 15 milyard dollarlıq yardım paketinin köçürülməsini dayandırıb.

Rusiyanın maliyyə naziri Anton Siluanov son bəyanatında Kiyevə qaz üçün hələ də 2,7 milyard dollar borcu olduğunu xatırladıb.

Nazir deyib ki, Moskva Kiyevə yardım vədini unutmur, lakin Kiyev də Moskva qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG