Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:37

İranda Şərqi Azərbaycan ostandarı sensasiyalı bəyanat verib


İSNA xəbər agentlyinin məlumatına görə, bu bəyanatı İranda Şərqi Azərbaycan ostanının valisi Easmaeil Jabbarzadeh verib.

“Hazırkı vəziyyət göstərir ki, İranda yaşayan azərbaycanlıların dili Urmiyyə gölü kimi məhv olmaq ərəfəsindədir” – deyib ostandar.

Xəbər verilir ki, cənab Jabbarzadeh bu fikirləri İran Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Masoumeh Ebtekar-la söhbəti zamanı söyləyib.

"Hökumət rəsmiləri ostanda Azərbaycan dili akademiyasının yaradılmasına nail olmağa çalışırlar, - deyib cənab Jabbarzadeh – biz hökumətdən rica edirik ki, bu akademiyanın açılışı üçün işləri sürətləndirməklə azərbaycanlıların ürəyini şadlandırsınlar”.

Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin prezident seçkiləri kampaniyasında Hassan Rouhani Təbriz şəhərinə müraciətlə vəd etmişdi ki, İranın bütün xalqları bərabər hüquqlara malik olmalıdırlar.

Bununla belə, Rouhani-nin öz komandasında milli azlıqların dilləri barədə kəskin fikir ayrılığı var.

Bu da bildirilir ki, sözügedən xəbər az sonra demək olar, bütün İran saytlarından yığışdırılıb.
XS
SM
MD
LG