Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:14

Lənkəranda «Neftçi»yə məxsus avtobusun şüşələri sındırılıb (VİDEO)


-
Klubun mətbuat katibi Gündüz Abbaszadə AzadlıqRadiosuna bildirib ki, hadisənin dünən axşam saatlarında baş verdiyi güman edirlər. Onun sözlərinə görə, klubun oyunçularını daşıyan avtobus Lənkəranda onların qaldığı otelin qarşısında dayanıbmış: «Səhər qalxdıq, gördük ki, avtobusumuzun bütün pəncərələrini sındırıblar».
Fevralın 9-da Topaz Premyer Liqasının XX turunda «Neftçi» klubu «Xəzər-Lənkaran»la oynayacaq.
Gündüz Abbaszadə deyir ki, o, «Xəzər-Lənkaran»ın fanatlarının avtobusu daşladığına inanmır. Amma bu olay «Neftçi»nin oyundan imtina gətirib çıxara bilər. Mətbuat katibi deyir ki, futbolçular ilk öncə oyuna çıxmaq istəməyiblər və və bu barədə klubun prezidentinə məruzə edilib.


Gündüz Abbaszadə AzadlıqRadiosuna bildirib ki, baş verən olaya baxmayaraq, oyunun baş tutması qərara alınıb və klub bu saatlarda oyuna başlayır.

XƏZƏR LƏNKƏRAN: ŞİŞİRTMƏYƏ EHTİYAC YOXDU
«Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov APA agentliyinə bildirib ki, hadisəni şişirtməyə ehtiyac yoxdur. O, hadisəni adi xuliqanlıq kimi qiymətləndirib və əlavə edib ki, hazırda «Xəzər Lənkəran»ın mühafizəçiləri «Neftçi» klubunun yanındadır: «Onlar həm yolda, həm də oyunda «Neftçi»ni müşayiət edəcəklər».

Günün bütün mövzuları

XS
SM
MD
LG