Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:17

İran ABŞ-ın dəniz sərhədinə gəmi yolladığını deyir


ABŞ və İran bayraqları

ABŞ və İran bayraqları

-
İran hərbi-dəniz qüvvələri ABŞ-ın dəniz sərhədinə gəmi yollayıb.

Bu barədə İranın Fars xəbərlər agentliyi ölkənin hərbi-dəniz qüvvələrinin rəhbəri admiral Afshin Rezayee Haddad-iyə istinadən məlumat yayıb.

Afshin Rezayee Haddadi bildirib ki, bu, ABŞ-ın Körfəzdə hərbi gəmilərini yerləşdirməsinə cavabdır.
Onun sözlərinə görə, İranın hərbi gəmisi Cənubi Afrika suları vasitəsilə Atlantik Okeana daxil olub.
ABŞ sularına üz tutduğu iddia edilən donanmadakı gəmilərlə bağlı detallı məlumatlar yoxdur.
Pentaqon bu məlumata şübhə ilə yanaşıb, bildirib ki, gəmilər "beynəlxalq sularda sərbəst üzə bilər".
Bu günlərdə İran və güc dövlətləri arasında İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG