Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:55

Sərt bəyanatına baxmayaraq, Ayətullah Khamenei Qərblə danışıqları dəstəklədiyini təkrar edib

İran İslam İnqilabının ildönümünə həsr edilmiş çıxışında Ayətullah Ali Khamenei deyib ki, ABŞ Tehrandakı rejimi devirmək niyyətindən bir an da olsun əl çəkməyib.

“İranda rejim dəyişikliyi istəmədiklərini deyən ABŞ rəsmiləri yalan danışırlar” – deyib ali dini rəhbər.

1979-cu ildə Amerikanın müttəfiqi olan İran şahını devirmiş inqilabın 35-ci ildönümünə həsr edilmiş çıxışında ölkənin ən qüdrətli fiquru Vaşinqtonu hələ də İranın daxili işlərinə qarışmaqda ittiham edib.

Cənab Khamenei həmçinin bildirib ki, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün Qərb sanksiyalarının qaldırılmasını gözləmək yox, hərəkət etmək lazımdır.

Şərhçilər deyirlər ki, ali dini rəhbərin bu nitqi, Tehran və Vaşinqton arasında ötən ilin axırlarından başlanmış yaxınlaşma ilə sərt ziddiyyət təşkil edir.

ABŞ və İran arasında 1980-ci ildən bəri diplomatik əlaqələr yoxdur.

O vaxt Tehrandakı Amerika səfirliyi Vaşinqtonun şaha sığınacaq verməyə hazır olduğu barədə iddialara etiraz edən iranlı tələbələr tərəfindən zəbt edilmiş, səfirliyin 52 əməkdaşı girov götürülmüşdü.

Khamenei mühafizəkarları da təmkinə çağırıb

Sərt bəyanatına baxmayaraq, Ayətullah Khamenei prezident Hassan Rouhani və xarici işlər naziri Mohammad Javad Zarif-in İranın nüvə proqramına dair Qərblə apardıqları danışıqları dəstəklədiyini təkrar edib.

O hətta Qərbə qarşı sərt siyasət tərəfdarlarını səbr etməyə çağırıb.

Bu arada, ötən şənbə günü İranın ali rütbəli dəniz donanması komandanı deyib ki, İran özünün hərbi gəmilərindən bir neçəsini Atlantik okeanına, ABŞ-ın ərazi suları yaxınlığına göndərib.

İranın Şimal Donanmasının komandanı admiral Afshin Rezayee Haddad bu barədə məlumatı İRNA dövlət xəbər agentliyinə verib.

Elə həmin agentlik bunu da xəbər verir ki, İran Atom Energetikası Təşkilatının sözçüsü Behrouz Kamalvandi, Tehranın BMT nüvə müfəttişlərinin bütün suallarına cavab verməyə hazır olduğunu təsdiqləyib.

İranla Qərb arasında nüvə danışıqlarının növbəti raundi fevralın 18-də olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG