Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:40

Ukrayna Nuland-ın telefon söhbətinə gizli qulaq asılmasını araşdırmır


ABŞ dövlət katibinin müavini Victoria Nuland və Amerikanın Ukraynadakı səfiri Geoffrey R. Pyatt.
ABŞ dövlət katibinin müavini Victoria Nuland və Amerikanın Ukraynadakı səfiri Geoffrey R. Pyatt.
Ukraynanın dövlət təhlükəsizlik xidməti bildirib ki, iki ABŞ diplomatı arasında Ukrayna müxalifətini müzakirə edən telefon danışığının gizli dinlənilnməsi və sonradan bu danışığın internetə yerləşdirilməsi faktı ilə bağlı istintaq aparmır.

Həmin telefon danışığı zamanı ABŞ dövlət katibinin müavini Victoria Nuland Avropa İttifaqı barədə ədəbsiz ifadəyə yol vermişdi.

Ötən il öz telefonunun ABŞ xidmətləri tərəfindən dinlənilməsi ilə bağlı hələ də qəzəbli olan Almaniya kansleri Angela Merkel xanım Nuland-ın sözlərinin qəbuledilməz olduğunu bildirib.

Ukrayna Dövlət Təhlükəsizlik Xidməti istintaq şöbəsinin baş müstəntiqi mətbuat konfransında elan edib ki, Kiyev bu mərhələdə Amerika diplomatlarının telefonuna müdaxilə məsələsini araşdırmır.

ABŞ rəsmiləri Ukraynadakı səfirin Victoria Nuland-la telefon söhbətinə gizli müdaxilə edilməsini Rusiya kəşfiyyatının “çirkin oyunu” adlandırmışdı.

Xanım Nuland bildirib ki, onun telefon söhbəti zamanı Ukrayna müxalifətinin liderləri barədə etdiyi ziddiyyətli qeydləri, ABŞ-ın ölkə müxalifəti ilə münasibətlərini korlamayacaq.
XS
SM
MD
LG