Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:57

Misir ordusu Sinayda 16 islamçını məhv etdiyini bildirib


Misir ordusu bəyan edib ki, şənbə günü Sinay yarımadasında ekstremist islamçıların yeni qrupuna daxil 16 silahlını məhv edib.

Keçmiş islamçı prezident Mursi hərbiyyə tərəfindən devrildikdən sonra, Qahirədə və ölkənin başqa yerlərində terror basqınlarının sayı artıb.

Ordu qərargahı bildirib ki, yaraqlı islamçılara Sinayda, Qəzza zolağı ilə sərhəddə havadan zərbə endirilib.

Bundan bir qədər əvvəl yeni silahlı qruplaşma olduğunu iddia edən Əcnad Mısr (Misir əsgərləri) Qahirədə polisə qarşı iki bomba basqının məsuliyyətini öz üzərinə götürmüşdü.

Qrup Facebook-da açdığı xüsusi səhifədə vəd etmişdi ki, təhlükəsizlik qüvvələrinə qarşı yeni hücumlar hazırlayır.

Əcnad Mısr yanvar ayının sonlarında törədilmiş 6 basqın üçün də məsul olduğunu bəyan edib.

Ölkənin keçid hərbçi hökuməti bu qruplaşmanın qadağan edilmiş Müsəlman Qardaşlığı təşkilatına aid olduğunu iddia edir.

Müsəlman Qardaşlığı bu iddiaları təksiz edib.
XS
SM
MD
LG