Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:24
Böyük Britaniyanın immiqrasiya məsələlərinə cavabdeh mühacirət naziri Mark Harper onun öz xadiməsinin qanunsuz mühacir olduğu aşkar ediləndən sonra istefa verib.

Baş nazir David Cameron bu istefanı qəbul edərlkən deyib ki, nazir, işçisinin qanunsuz mühacir olduğunu bilməyib.

Cənab Harper istefa ərzisəində yazıb ki, o, xadiməni özünün London mənzilində 2007-ci ildən işlədib. Xadimə Britaniyada rəsmi oturaqlığa malik olduğu barədə artayış da təqdim edibmiş, lakin sonradan bu sənədin saxta, xadimənin isə qanunsuz mühacir olduğu üzə çıxıb.

Keçmiş nazir bildirib ki, o bir iş verən şəxs qismində qanunu pozmayıb, belə ki, onun özünü aldadıblar, lakin vəzifəsinin yüksəkliyini və səhvə məhz məsul olduğu saghədə yol verdiyini nəzərə alaraq istefa vermək qərarına gəlib.

Britaniya mətbutaı xatırladır ki, Mark Harper hökumətin yeni mühaciət islahatlarında aparıcı rola malik idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG