Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:17

Azərbaycanlı sərnişin: «Dedi Soçiyə uçmasaq, təyyarəni partladacam»


Foto: Arxiv
Foto: Arxiv
-
«Birinci cərgədə oturmuşduq, birdən oğlum dedi ki, ata, bir nəfər pilotların yanına girmək istəyir. Yaxınlaşdıq, dedi üstündə bomba var, təyyarənin Soçiyə getməsini tələb edirəm».

Bunu AzadlıqRadiosuna fevralın 7-də Xarkov-İstanbul reysinin sərnişini olmuş Azərbaycan vətəndaşı Səlim Şeyxzamanov deyib. Həmin təyyarəni 45 yaşlı Ukrayna vətəndaşı Artyom Kozlovun qaçırmaq istədiyi bildirilir.

Səlim Şeyxzamanov deyir:

«Bütün yolboyu onu dilə tutduq, hətta qəhvə verdik. Dedik təyyarə Soçiyə istiqamət alıb. Dediyinə görə, bununla məqsədi Ukrayna prezidentinə etiraz etmək olub, Ukraynada həbs olunanların azad edilməsini istəyir. Baş verənlər çox qorxulu idi. Üstündə partlayıcı qurğu olduğunu deyirdi. Həm də qeyd edirdi ki, onu tutmağa cəhd olsa, salonda yaxın adamı var, o, partlayıcını işə salacaq. Bu baxımdan biz onu tuta bilmirdik, ehtiyat edirdik ki, birdən elə bir şey olar».

Səlim Şeyxzamanovun dediyinə görə, İstanbul hava limanına enənə qədər həmin şəxs təyyarənin Soçiyə uçduğunu zənn edib:

«Türkiyə sərhədini keçən kimi təyyarənin hər iki tərəfində iki F-16 qırıcı təyyarəsi göründü. Təyyarə yerə enəndən sonra ona dedik ki, qoy qadınlar, uşaqlar düşsün və hər şey onun dediyi kimi olacaq. Hamı düşəndən sonra polislər təyyarəyə girdilər və onu tutub apardılar».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG