Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Moldovanın xalq artisiti Qarabağa getməyindən peşmandır


-
Azərbaycanda «arzuolunmaz şəxslər» siyahısına düşən Moldovanın xalq artisti Constantin Moscovici adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib.

Bu barədə fevralın 8-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

2009-cu ildə festival çərçivəsində Dağlıq Qarabağa səfər edən xalq artisti buna görə dərin təəssüf hissi keçirdiyini bildirir.

Azərbaycanın qanunlarını bir daha pozmayacağı barədə öhdəlik götürdüyünü bildirən moldovalı müğənni adının siyahıdan çıxarılmasını xahiş edir.

Azərbaycanda «arzuolunmaz şəxslər» siyahısında ümumilikdə 335 xarici ölkə vətəndaşının adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG