Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:51

Nazir: Azərbaycanda internet sərbəstdir


-
«Azərbaycanda olan internet sərbəstliyi heç bir region ölkəsində yoxdur».

«Bakupost» qəzetinin yazdığına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin bildirdiyinə görə, Azərbaycanın internetə çıxışını təmin edən «Delta Telekom» xidmətlərindən Gürcüstan, İran və Orta Asiyada da istifadə olunur:

«Bizdə olan məlumata görə, Gürcüstan üzərindən Ermənistan da bu internetdən istifadə edir. Amma biz bunu görə bilmirik».

Əli Abbasov qarşıdakı 8 il ərzində internetin tutum sahəsinin 4 dəfə genişləndiriləcəyini bildirib.
XS
SM
MD
LG