Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:02
-
Bosniya və Herseqovinada son üç gündə polislə toqquşmalarda yüzlərlə adam xəsarət alıb.

Nümayişçilər işsizliyə və hökumətin ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırmamasına etiraz edirlər.

Bir gün əvvəl nümayişçilər Sarayevoda bir neçə hökumət idarəsini yandırıblar.

Tuzlada yerli administrasiya binasını ələ keçirməyə cəhd edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atan aksiyaçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.

Tuzlada etiraz aksiyaları bu həftə, bir neçə fabrikin bağlanıb satışa çıxarılmasından sonra başlayıb. Bosniya və Herseqovinada əhalinin 40 faizə qədərinin işsiz olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG