Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Qazaxıstan «stan»dan xilas olmaq istəyir


-
Prezident Nursultan Nazarbayev bildirib ki, onun ölkəsinin adı dəyişdirilməli və “Qazax eli” adlandırılmalıdır.

Mətbuat yazır ki, bununla da cənab Nazarbayev öz ölkəsini adında “stan” olan başqa yoxsul ölkələrdən fərqləndirmək istəyir.

Bununla belə, dövlət başçısı bildirib ki, ölkənin adının dəyişdirilməsi üçün xalqla məsləhətləşmək lazım gələcək.

Adlarında “stan” olan ölkələrin çoxu vaxtilə bu və ya digər şəkildə İran imperiyasının tərkibində olub.

İranın hazırkı ərazi-inzibati bölgüsündə ən böyük vahid “ostan”-dır. Bütün “stan”ların ostandan qaynaqlandığı təxmin edilir.

Hərçənd, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə bəzi Avropa ölkələrinin adlarına da “stan” qoşulub.

Bolqarıstan, Macarıstan və Yunanıstan kimi…
XS
SM
MD
LG