Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:51

İran prezidentinin qardaşı yəhudi xəstəxanasına pul verdi


Tehran sinaqoqu (Arxiv)
Tehran sinaqoqu (Arxiv)
İran prezidenti Hassan Rouhani-nin qardaşı Tehrandakı yeganə yəhudi xəstəxanasına ianə olaraq 400 min dollar vəsaiti təqdim edib.

İran xəbər agentlikləri bildirirlər ki, “Doktor Sapir Xəstəxanası və Xeyriyyə Mərkəzinə” daha çox vəsait vəd edilib.

Prezidentin qardaşı Hossein Fereydoon (yeri gəlmişkən İran prezidentinin pasport soyadı məhz Fereydoon-dur) bildirib ki, İran hökuməti bundan sonra da yəhudi və xristianlara dəstək verəcək.

Analitiklər bildirirlər ki, cənab Rouhani-dən fərqli olaraq keçmiş prezident Ahmadinejad İsrailə qarşı kəskin mövqe nümayiş etdirirdi.

İran İsraildən sonra Yaxın Şərqdə ən böyük yəhudi icmasına (9000) malikdir.
Bununla belə, İran rəsmi olaraq İsrail dövlətini tanımır.
XS
SM
MD
LG