Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:09

Məşhur ateistlərdən 7 sitat


Ernest Hemingway
Ernest Hemingway
-

Allaha inanmayanlar, dini tənqid edənlərin sayı inanclı insanlardan qat-qat azdır. İnanclı insanların ateizmlə bağlı fikirləri olduğu kimi, ateistlərin, skeptiklərin də allah, din və dindarlar haqda söylədikləri var. Onlardan ən məşhurlarını təqdim edirik.


“Mən allaha inanmıram. Mənim allahım vətənpərvərlikdir. İnsana yaxşı vətəndaş olmağı öyrətdinsə, deməli həyatın əsas problemini həll eləmiş oldun”.

Andrew Carnegie
(Amerikalı milyoner, xeyriyyəçi)


“İnancın mənası – həqiqəti bilmək istəməməkdir”.

Friedrich Nietzsche
(Alman filosofu)


“Düşünən insanların hamısı - ateistlərdir”.

Ernest Hemingway
(Amerika yazıçısı)


“İnanclı insanın skeptikdən xoşbəxt olduğunu söyləmək sərxoş adamın ayıqdan xoşbəxt olduğunu demək kimi bir şeydir”.

George Bernard Shaw
(İngilis yazıçısı)
Gloria Steinem
Gloria Steinem

“Mayaklar kilsələrdən daha faydalıdır”.


Benjamin Franklin
(Amerika Birləşmiş Ştatları dövlətinin qurucularından biri)


“Düşünəndə anlayırsan ki, gör adamı aldatmaq üçün necə ustalıqla uydurulmuş yalandır: Öləndən sonra nəyəsə sahibləmək üçün həyatda nəyəsə inan!

Hətta korporasiyalar da çalışırlar ki, onların mükafatlandırma sisteminin ölümdən sonrayla bağlılığı olmasın”.


Gloria Steinem
(Amerika jurnalisti, feministi)

"Kilsə deyir ki, Yer üzü düzdür, amma mən bilirəm ki, Yer kürə şəklindədir. Mən Ayın üzərinə düşən kölgəni gördüyüm üçün kölgəyə daha çox inanıram, nəinki kilsəyə".

Ferdinand Magellan
(Portuqaliyalı səyyah)
XS
SM
MD
LG