Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:09
-

Amerika məhkəməsində məşhur aktyor və prodüser Tom Cruise-a qarşı 1 milyard dollarlıq iddia qaldırılıb.

Ssenarist Timothy Patrick McLanahan iddia edir ki, 2011-ci ildə ekranlara çıxan “Ghost Protocol” filminin ssenarisi ondan oğurlanıb.

Mission: Impossible seriyasından 4-cü film olan “Ghost Protocol” elə uğurlu alınıb ki, 1 milyard dollar yaxın (həm kinoteatrlarda nümayişdən, həm də CD və s.-dən) gəlir gətirib.

McLanahan isə iddia edir ki, filmin ssenaris onun 1998-ci ildə yazdığı, amma Hollywood-da bəyənilməyən ssenarisindən oğurluqdur. O, öz ssenarisini Hollywood-dakı “William Morris” agentliyinə göndərib, amma “yox” cavabı alıb. 10 il sonra agentlik ssenarini onun icazəsi olmadan Cruise-un agentlərinə yollayıb.

Ssenarist deyir ki, “Ghost Protocol”a baxmağa başlayan kimi “öz ssenarisini tanıyıb”.

Cruise-un vəkili iddianı rədd edib və məhkəməni asanlıqla udacaqlarını bildirib.

Casusların terrorçunun izinə düşməsindən bəhs edən “Ghost Protocol” filmi Mission: Impossible seriyasında ən çox gəlir gətirmiş filmdir. Bu uğurdan sonra Cruise 5-ci filmi də çəkməyə qərar verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG