Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:09

Məşhur şoumen 22 ildir apardığı proqramdan ayrıldı


ABŞ - Prezident Barak Obama 2009-cu ildə Jay Leno-nun (sağda) qonağı olmuşdu.

ABŞ - Prezident Barak Obama 2009-cu ildə Jay Leno-nun (sağda) qonağı olmuşdu.

-

Amerikanın ən məşhur şoumenlərindən olan Jay Leno 22 ildir apardığı “The Tonight Show” komediya şousundan ayrılıb.

O, amerikalıların axşam saatlarında ən çox baxdıqları şounun aparıcısı idi. Leno başqa şoumenlərdən fərqli olaraq çox kəskin, xətrə dəyən, ifrata varan zarafatlar etməzdi. O, incə yumor ustası sayılıb. Apardığı şounun heç vaxt qalmaqal yaratmasına, bulvar qəzetlərinin manşetinə çıxmasına çalışmayıb.

O hətta öz uzun çənəsi ilə də məzələnərdi.

63 yaşlı Lenonu 39 yaşlı Jimmy Fallon əvəz edəcək. NBC-nin “The Tonight Show” proqramı 60 ildir davam edir.

“Mən dünyanın ən bəxtəvər adamıyam. Prezidentlər, kosmonavtlar, kino ulduzları mənim qonağım olub” – deyə kövrəlmiş Leno son verilişində tamaşaçılarına müraciətlə söyləyib.

2009-cu ildə ABŞ prezidenti Barak Obama da şounun qonağı olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG