Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:02

Anar Məmmədlinin həbsi ilə bağlı beynəlxalq kampaniya başlanıb


Front Line Defenders təşkilatı Soçi Qış Olimpiadasının açılışı ilə eyni gündə onlayn və sosial media kampaniyasına başlayıb. Məqsəd diqqəti Şərqi Avropadan və Mərkəzi Asiyadan olan 12 insan hüquqları müdafiəçisinin vəziyyətinə yönəltməkdir. "Hüquqlar. Risklər. Dəyişiklik!" kampaniyası ictimaiyyəti bu 12 hüquq müdafiəçisini dəstəkləməyə və yerli rəsmilərdən hüquq müdafiəçilərin fəaliyyətinə hörmətlə yanaşmağı tələb etməyə çağırır.

Həmin hüquq müdafiəçilərinin hər biri işlədiyi müxtəlif insan hüquqları sahəsində cəsarət və prinsipiallıq nümayiş etdiriblər. Uzun müddətdir həbsdə olan Ales Bialiatski (Belarus) və Azimjan Askarovdan (Qırğızıstan) Rusiyada ayrı-seçkiliyə qarşı və ətraf mühitin müdafiəsi üçün çalışan Stepaniya Kulayeva və Yevgeni Vitişkoyadək, hüquq müdafiəçilərinin Olimpiya Komandası başqalarının insan hüquqlarının müdafiə edərkən böyük çətinliklərlə üzləşirlər.

12 hüquq müdafiəçisindən biri Azərbaycandan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlidir. Anar Məmmədli ilə bağlı başlanan kampaniya ilə bu linkdə tanış ola bilərsiniz. http://www.sportshrd.org/anar.html

Front Line Defenders on ildən artıqdır ki, riskdə olan insan hüquqları müdafiəçilərinə praktiki və operativ dəstək göstərmək üçün çalışır.
XS
SM
MD
LG