Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:35

Suriya hökuməti müxalifətlə danışıqlara gedəcək


-
Suriya hökumətinin rəsmisi hökumətin müxalifət təmsilçiləri ilə sülh danışıqlarının ikinci raunduna qatılacağını təsdiqləyib. Suriyanın dövlət televiziyası cümə günü xarici işlər nazirinin müavininə istinadla bu xəbəri yayıb. Faisal Mekdad deyib ki, hökumətin nümayəndə heyəti bazar ertəsi Cenevrədə başlanacaq danışıqlarda iştirakı planlayır. Müxalifət təmsilçiləri də iştiraklarını təsdiqləyiblər.

BMT-nin dəstəklədiyi danışıqların birinci raundu yanvarın 31-də bitib, ancaq təxminən 3 yaşlı müharibənin sona çatması üçün ciddi irəliləyişə nail olunmayıb. Ancaq cümə axşamı elan olunub ki, hökumət BMT ilə mülki şəxslərin Homsdan çıxmasına icazə verməyə dair razılığa gəlib. Homs hökumət qüvvələrinin mühasirəsindədir. Hökumət həmçinin BMT humanitar yardımının şəhərə girməsinə icazə verib.

Müharibə 130 mindən çox adamın ölümünə səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG