Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20
-
Gürcüstanın qərbi İmereti vilayətindəki təcridxanada təxminən 1.000 məhbus aclıq aksiyası keçirir. Onlar həbsxana şəraitinə etiraz edirlər.

Gürcüstanın islah əmək koloniyaları üzrə naziri Sozar Subari deyib ki, cümə günü başlayan aclıq aksiyası təşəbbüsünü Kutaisi yaxınlığındakı Geguti təcridxanasındakı qanuni oğrular irəli sürüb. Subari jurnalistlərə deyib ki, onun aclıq aksiyasına hazırlıqlardan xəbəri olub və Gürcüstanın ombudsmanı Ucha Nanuashvili ilə bu barədə danışıb.

Subarinin sözlərinə görə, son islahatlar təcridxanalardakı qanuni oğruların bəzi xüsusi imtiyazlarına toxunub. Yəni məhbuslar belə etirazlar təşkil etməklə islahatları önləmək istəyirlər.

Məhbusların yüzlərlə qohumu cümə günü Geguti həbsxanası qarşısına toplaşıb, penitensiar administrasiya ilə görüş tələb edib.
XS
SM
MD
LG