Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:12
-
Ukrayna prezidenti Viktor Yanukovych Soçidədir, cümə günü Olimpiada çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənir.

Onlar sonuncu dəfə yanvarın 8-də Ukraynadakı böhranla bağlı danışıqlar üçün görüşüblər. Yanukovych Kiyevi cümə axşamı tərk edib. O, ABŞ Dövlət Katibinin köməkçisi Victoria Nuland-la görüşündə deyib ki, Ukrayna etirazçılarının əsas tələblərindən biri olan konstitusiya islahatlarını dəstəkləyir. Ancaq Yanukovych bildirib ki, konstitusiya dəyişiklikləri qanuni olmalıdır.

Eyni zamanda Nuland Avropa Birliyi rəsmilərindən onun Ukrayna müxalifət liderlərini müzakirə etdiyi səs yazısıyla bağlı üzr istəyib. Nulandın olduğu güman edilən səs AB-nin Kiyevdə diplomatik cəhdləri barədə söyüş işlədib.

Putinin müşaviri Sergei Glazyev Vaşinqtonu “Ukraynanın daxili işlərinə kobud müdaxilədə” ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG