Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:00
-
Pakistan məhkəməsi cümə günü keçmiş lider Pervez Musharraf-i vətənə xəyanət ittihamıyla mühakimə edəcək. Ancaq Musharraf-in məhkəməyə gəlib-gəlməyəcəyi bəlli deyil. Bu, keçmiş liderə qarşı ilk prosesdir. Bu iş Pakistan ordusu ilə mülki hökuməti arasında gərginliyi artırıb.

Bundan əvvəlki proseslərə Musharraf gəlməyib, səhhətində problemləri əsas gətirib. Məhkəməyə gedərkən ürəyində problem yarandığını bildirib.

Musharraf 2007-ci ilin noyabrında fövqəladə vəziyyət elan etməklə ölkə konstitusiyasını pozmaqda ittiham olunur.

70 yaşlı Musharraf-in vəkilləri onun müalicə məqsədilə səyahətinə icazə verilməsini xahiş edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG