Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38
-
Müdafiə Nazirliyi xəbər verir ki, fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Azərbaycanın mövqelərini atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən həlak olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG