Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:09
-
Cümə günü Soçi Qış Olimpiya oyunları start götürür. Bir gün əvvəl rusiyalı konkisürənlər yarışın ilk təsnifat turunda birinci yerə çıxıblar.

Cümə gününə yarış planlaşdırılmayıb. Açılış mərasiminə prezident Vladimir Putin qatılacaq.

Cümə axşamı rusiyalı konkisürənlər Tatiana Volosozhar və Maxim Trankov yarışın ilk seçmə turunda önə çıxıblar.

GOOGLE-DAN ETİRAZ

Google İnc. Rusiyanın homoseksualların hüquqlarını məhdudlaşdıran qanunlarına qarşı çıxıb. Google axtarış səhifəsinin loqosunda Qış Olimpiya oyunlarının atletlərinin fotosunu yerləşdirib.

Səhifədə Olimpiya xartiyasından sitat da verilib. “İdman insan haqqıdır. Hər bir fərdin idmanla məşğul olmaq imkanı olmalıdır. Bunu heç bir ayrı-seçkilik olmadan, Olimpiya əhvalıyla edə bilməlidir. Olimpiya əhvalı dostluq, həmrəylik və ədalətli oyundan ibarət qarşılıqlı anlaşma tələb edir”.

Google təsviri şərh etməyib, bildirib ki, o özü-özünə danışır. Bundan əvvəl ABŞ Olimpiya Komitəsinin 3 sponsoru – AT&T, DeVry University və Chobani yoqurt istehsalçısı Rusiyanın qanunları əleyhinə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG